Trampın 39 mərtəbəli hoteli partladıldı

Nyu-Cersi ştatının Atlantik Siti şəhərində ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus 39 mərtəbəli “Trump Plaza” hoteli və qumarxanasının partladılma yolu ilə dağıdılmasının görüntüləri yayılıb.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda göydələnin 30 saniyədən az müddətə dağıdıldığı görünür.

Hotel hələ 2014-cü ildə iflas edib. Bina çökməyə başladığı üçün onun sökülməsi qərarına gəlinib.

Qeyd edək ki, 1984-cü ildə açılan kazino Hollivud aktyorları, rok ulduzları və idmançıların iştirakı ilə keçirilən əyləncə gecələri ilə məşhur olub.

Hamısını Göstər

Related Articles

Back to top button