Tuğda nə baş verib: erməni təxribatı… – Ermənistan MN

Xocavəndin Tuğ kəndində erməni silahlıların terror törətməsi və bir əsgərimizin şəhid olması, ardınca Ordumuzun antiterror əməliyyatı başlatması haqda sosial şəbəkələrdə yayılan xəbərlərə erməni tərəfi reaksiya verib.

Hadrut qəsəbəsinin keçmiş rəhbəri olmuş Vaan Savadyan Tuğ kəndində erməni silahlıların olmasını mümkün sayıb. Savadyan dolayısı ilə bu terrorçuların təxribat cəhdini də istisna etməyib və bildirib ki, onlar blokadaya düşdükləri üçün mühasirəni yarmağa cəhd edə bilərlər.

Ermənistan Müdafiə Nazirliyi isə həmin istiqamətdə heç bir bölmələrinin olmadığını və heç bir əməliyyatda iştirak etmədiyini açıqlayıb.

Qeyd edək ki, 10 noyabrda imzalanan Bəyanata görə, erməni silahlıları Azərbaycan ərazisindən çıxması rus sülhməramlılarının yerləşməsi ilə bərabər aparılmalıdır. Rus sülhməramlıları dərhal gəlsə də, erməni ordusunun qalıqları və erməni silahlıları hələ də Azərbaycan ərazilərini tərk etməyib.

Ötən gün isə bu silahlıların daha bir terror cəhdi qeydə alındığı haqda məlumat yayılıb. Bildirilir ki, Tuğ kəndində erməni silahlıların hücumu nəticəsində 1 əsgərimiz şəhid olub. Bunun ardınca Ordumuzun xüsusi təyinatlıları atniterror əməliyyatına başlayıb və 6 erməni silahlısı məhv edilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close