“Türk Evi”nə hücum edən şəxs saxlanılıb
Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-York Baş konsulluğunun yerləşdiyi “Türk Evi”nə hücum edən şübhəli şəxs saxlanılıb.
Polise.az-ın verdiyi xəbərə görə, şübhəli şəxsin Türkiyənin Giresun vilayətində qeydiyyatda olan Recep Akbıyık olduğu müəyyən edilib.
Qeyd olunub ki, Recep Akbıyıkın barəsində daha əvvəl Türkiyədə “yaralama, hədə-qorxu və narkotik saxlamaq” maddələri üzrə cinayət işi açılıb.