Türk geoloqdan həyəcan: Bölgədə ciddi gərginlik var

Yunanıstandakı bu zəlzələ İzmirdəki fayları tərpədə bilər.

Bu sözləri türkiyəli geoloq Həsən Sözbilir deyib.

Son 1 ildə bölgədə zəlzələ aktivliyinin artdığını deyən geoloq Krit adasından keçən böyük faylardan danışıb:

“Egey dənizində, Kirit adası ilə Mərmərə dənizi arasındakı bölgədə ciddi seysmik aktivlik var. Bölgə ciddi gərginlik altınadır”.

Qeyd edək ki, ötən gün Yunanıstanın Larisa şəhərində 6,2 və 5 bal gücündə iki ardıcıl zəlzələ olub.

Hamısını Göstər

Related Articles

Back to top button