Türk ordusu Suriyada əməliyyat keçirdi
Türkiyə silahlı qüvvələri Suriyanın şimalında daha 6 terrorçunu məhv edib.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, “Fırat Kalkanı” və “Barış Pınarı” əməliyyatlarının keçirildiyi bölgədə hücuma cəhd göstərən və atəş açan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“Qəhrəman əsgər terrorçuların hücumlarına artıqlaması ilə qarşılıq verməyə davam edir”, – deyə bildirilib.