“Türk ordusunun Azərbaycanda…” – “Blumberq”dən şok məqalə

“Türkiyə Osmanlı imperiyasından sonra ilk dəfə olaraq, geniş coğrafiyada hərbi gücünü artırır. Türk donanmasının Qara, Egey və Aralıq dənizlərindəki fəaliyyəti diqqət çəkir”.

Bu barədə “Blumberq” agentliyində dərc olunan məqalədə bildirilib.

Məqalədə xatırladılıb ki, Türkiyə Liviyadakı tarazılığı dəyişmək üçün bu ölkəyə hərbi qüvvə göndərib: “Türk ordusu Suriya, İraq, Qətər, Somali və Balkan yarımadasında da fəaliyyət göstərir. Eyni zamanda, Aralıq, Egey və Qara dənizlərdəki manevrlərin sayı artır”.

Məqalədə qeyd edilib ki, Türkiyənin Liviyaya göndərdiyi hərbi qüvvələr bu ölkədəki hərbi tarazılığı hökumətin lehinə dəyişib. BƏƏ, Misir və Rusiyanın Liviyada Türkiyəyə qarşı həmlələrinin bir nəticə vermədiyi diqqətə çatdırılıb.

Nəşr vurğulayıb ki, Türkiyənin bölgədəki nüfuzunu gücləndirən Prezident Ərdoğanın Afrikadakı fəallığı da nəzərdən qaçmır: “Qitədə öz varlığını göstərən Türkiyənin Somali kimi ölkələrdə hərbi baza qurması da diqqətdən yayınmır”.

Türk ordusunun NATO missiyası daxilində Balkan yarımadasında – Kosovo və Bosniya-Hersoqovinadakı fəaliyyətlərinin də bura daxil olduğu bildirilib.

Məqalədə iyul ayında Ermənistanın Azərbaycana qarşı təcavüzkar hücumundan sonra Ankaranın Bakıya verdiyi dəstəyə də diqqət çəkilib. Erməni təxribatının qarşısının alınmasından sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərə başladığını xatırladan nəşr yazıb ki, Türkiyə Azərbaycana yerli istehsal olan dron və yeni müdafiə sistemlərini verməyə hazırlaşır.

Məqalədə Türkiyənin Azərbaycandakı hərbi gücünün artdığı bildirilib: “Türkiyənin bu ölkədə bir hərbi hava bazasından istifadə etmək hüququ var”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close