Türkiyə MSK-nın sədri: “Bələdiyyə seçkilərində səsvermə sakit keçib”
![](/wp-content/uploads/2024/03/7734032b-5f4a-3625-bd8c-b0f16f2b7497_850-780x470.jpg)
“Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener yerli telekanalların efirində jurnalistlərə bildirib.
“Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.
Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq”-deyə, o bildirib.
Polise.az