Türkiyə yaxınlığı bombardman edildi – Rusiyaya xəbərdarlıq

Rusiya silahlı qüvvələrinə aid döyüş təyyarələri Suriya-Türkiyə sərhədləri yaxınlığında yerləşən Babül və M4 yolunun ətrafını bombradman edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Rus qırıcılarının Babül hava sərhəd-keçid məntəqəsindəki bir obyekti, yük maşınları, humanitar yardım mərkəzinin ətrafı, dağlıq ərazilər və İdlibdəki M4 quru yolunun üstündəki Kəfərşiləyə kəndini hədəfə aldığı bildirilib.

Məlumata görə, Aralıq dənizindən atılan bir ballistik raket Azad Suriya Ordusunun İdlibin Türkiyə sərhədinə təxminən 3 km məsafədə yerləşən Kah kəndindəki qərargahının yaxınlığına düşüb.

Hücum nəticəsində bir mülki şəxs həyatını itirib, iki nəfər yaralanıb.

Olaydan dərhal sonra açıqlama yayan Türkiyə Müdafiə Nazirliyi qarşı tərəflərə xəbərdarlıq edib. Nazirlik hücumun dərhal dayandırılması üçün Rusiya tərəfinə xəbərdarlıq olunduğunu bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button