Türkiyədə yeni nazirliklər yaradıla bilər
Genişmiqyaslı meşə yanğınları və Əfqanıstandan gələn köç dalğası Türkiyə hökumətini müvafiq addımlar atmağa sövq edə bilər.
Ölkə mətbuatının iddialarına görə, Türkiyədə yeni nazirliklərin yaradılması gözlənilir.
Ehtimallara əsasən, yeni yaradılacaq qurumlar təbii fəlakət, iqlim dəyişiklikləri və miqrasiya məsələlərilə bağlı olacaq.