Türkiyədən kritik mesaj: Ukraynada savaş olsa…
Azərbaycan və Suriyada yaşananlar çətin şəraitdə Türkiyə ilə Rusiyanın birgə hərəkət edə biləcəyini göstərdi.
Bunu Türkiyə-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən olan deputat Murad Bayburt deyib.
“Türkiyənin Krımın ilhaqını qəbul etməməsinə rəğmən Rusiya ilə əlaqəsi pozulmayıb. Rusiyaya Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğumuzu dəfələrlə demişik. Buna rəğmən Ukraynada yaranacaq böyük böhran Türkiyə-Rusiya münasibətlərini zədələməz. Məncə, əlaqələrimiz daha da qüvvətlənəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, Türkiyə NATO üzvü olsa da, özünün geosiyasi maraqları var:
“Türkiyə NATO üzvüdür, Avropa Birliyinə girmək istəyən ölkədir. Lakin bizim özümüzə aid geosiyasətimiz və geostrategiyamız var. Rusiya ilə masada oturduğumuz zaman Moskva bizə kömək edəcək, biz də Rusiyaya kömək edəcəyik”.