Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Azərbaycana səfər edəcək
![](/wp-content/uploads/2024/04/20b386a1-2131-39e8-9ea5-d9d63e9447ea_850-780x470.jpg)
Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək.
Bu barədə Polise.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər 1-2 aprel tarixlərində baş tutacaq.
Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşməsi nəzərdə tutulub.
Polise.az