Türkiyə ilk – Səsdən sürətli raketin sınağı həyata keçirildi
Türkiyədə ilk dəfə “Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.
“Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 kilometr məsafədən hədəfi uğurla vurub.
Məlumata görə, İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 kilometr yüksəklikdən həyata keçirilib.
Raketin uçuş məsafəsi 20 ilə 150 kilometr arasındadır.