Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib
Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
Polise.az TASS-a istinadla xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Finlandiya alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib.
Qeyd edək ki, Türkiyə Finlandiyanın alyansa qoşulmasını dəstəkləməyən sonuncu NATO üzvü idi.