Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

İzmirin Ödəmiş və Seferihisar rayonlarında meşə yanğını baş verib.

Seferihisarda yanğının əsasən nəzarət altına alındığı, alova qarşı havadan və qurudan mübarizənin davam etdiyi bildirilir.

Ödəmiş mahalındakı yanğının söndürülməsi işləri də hazırda davam edir. Hadisə yerinə İzmir Meşə Region Müdirliyindən 4 helikopter, 3 təyyarə və 20 su nasosu göndərilib. Həmçinin, Muğlanın Dalaman rayonundan bölgəyə daha bir yanğınsöndürən təyyarənin göndərildiyi bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button