Türkiyədə yeni robot silahın sınaqları uğurla davam edir

Türkiyə PUA-lar sahəsində əldə etdiyi təcrübə və uğurları dəniz və yerüstü silah sistemlərində də tətbiq etməyə qərarlıdır.

Bunu ölkənin müdafiə sənayesi naziri İsmail Demir bəyan edib.

Nazir “Twitter” səhifsindən paylaşım edərək, hazırda yerüstü atıcı robot silahın sınaqlarının uğurla davam etdiyi barədə məlumat verib.

İ.Demir 7,62 mm kaliberli silahla təchiz olunmuş avtonom hərbi robotun son testlərindən görüntüləri də dərc edib.

Hamısını Göstər

Related Articles

Back to top button