Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntılar var-Yenilənib
Hataydakı son zəlzələ zamanı 8 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin vitse-prezident Fuat Oktay məlumat verib.
“28 bildiriş almışıq. Hər birini ayrı-ayrılıqda qiymətləndiririk. 8 yaralımız var”, – deyə o bildirib.
Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.
Xatırladaq ki, Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.
Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.
Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.