Türkiyədə yerli istehsal helikopterin ilk sınaqları uğurla başa çatıb

Türkiyədə yerli müdafiə sənayesinin məhsulu olan “Gökbey” helikopterinin 3-cü prototipinin ilk uçuşu uğurla həyata keçirililb.

Bu barədə ölkənin müdafiə sənayesi naziri İsmail Demir məlumat verib.

Nazir özünün “Twitter” səhifəsindəki paylaşımında ilk sınaq uçuşunun 40 dəqiqə davam etdiyini bildirib.

O, həmçinin sınaqlardan videogörüntüləri də paylaşımına əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button