Türkiyəli ekspert: Ümumi maraqlar və ortaq dəyərlər Türk dünyasını yeni qlobal mərkəzə çevirir

Türk dövlətləri Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsini təkcə tarixi ədalətin bərpasının deyil, həm də beynəlxalq hüququn tələblərinin həyata keçirilməsinin təzahürü kimi qəbul etdilər. Məhz bu amil Cənubi Qafqazda yeni reallıqlar fonunda Azərbaycanı açıq şəkildə dəstəkləmək zərurəti ilə bağlı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vahid vizyonunu formalaşdırmağa imkan verdi.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Siyasət və Böhran Araşdırmaları Mərkəzinin (ANKASAM) eksperti Emrah Kaya səsləndirib.

Ekspert diqqəti Bakı ilə İrəvan arasında razılaşmalar məsələsində TDT ölkələrinin konstruktiv mövqeyinə çəkib. “Türk dövlətləri Bakı ilə İrəvan arasında dialoqun tərəfdarı olmaqla yanaşı, Cənubi Qafqazda sülh gündəliyinə sadiq olduqlarını nümayiş etdirirlər”, -deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, Qarabağ probleminin həlli mövzusu ilə paralel olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hüquqları mövzusu da Türk dünyasının gündəminin mühüm tərkib hissəsidir. “Qarabağın işğalı və ŞKTC-nin hüquqlarının pozulması məsələlərində ədalətsizlik olub”, -deyə ANKASAM nümayəndəsi qeyd edib.

Kaya hesab edir ki, Lefkoşaya TDT-də müşahidəçi statusunun verilməsi Kipr türklərinin Türk dünyasının bir parçası kimi tanınmasını nümayiş etdirdi.

Türkiyəli ekspert Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünün nəticələrinin əhəmiyyətini də vurğulayıb. O deyib: “Dövlət başçılarının Şuşadakı çıxışlarını təhlil edərkən, biz qarşılıqlı hörmət, ümumi maraqlar, sülhpərvərlik, təhlükəsizlik problemlərinə dair birgə həll yollarının axtarıb tapılmasına hazırlığın və bu istiqamətdə ümumi strategiyaların işlənib hazırlanması niyyətinin olduğunu deyə bilərik. Əminliklə demək olar ki, bu gün TDT ölkələri ümumi inkişaf tendensiyasını rəhbər tuturlar”.

Kaya əmin olduğunu bildirib ki, ümumi maraqlar və ortaq dəyərlər TDT ölkələrini yeni regional və qlobal inkişaf mərkəzinə çevirir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button