Türkiyənin Azərbaycandakı Səfirliyi Müstəqillik Günü münasibətilə paylaşım edib
Türkiyənin Azərbaycandakı Səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.
Polise.az xəbər verir ki, tvitterdəki təbrik paylaşımında deyilir:
“Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Müstəqil və suveren Azərbaycanın şanlı bayrağı bütün Azərbaycan torpaqlarında və səmasında əbədiyyən dalğalanacaq. Yaşasın güclü və müstəqil Azərbaycan!”