Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.

Polise.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Blinken Fidanı yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

Məlumatda qeyd olunub ki, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, ABŞ-dan F-16-ların alınması, modernləşdirilməsi və Ukrayna ilə imzalanmış taxıl sazişinə dair məsələləri müzakirə ediblər.

Bildirilir ki, Hakan Fidan və Antoni Blinken Türkiyə ilə ABŞ arasında olan ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda görüşmək istəyirlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button