“Türkiyəyə getməyimi Prezident Bayden istədi” 

Mənim ən qısa zamanda Türkiyəyə getməyimi Prezident Bayden istədi.

Polise.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.

O bildirib ki, ABŞ Türkiyəyə zəlzələ fəsadlarının aradan qaldırılması üçün 300 nəfərlik heyət göndərib, onların arasında xilasetmə qrupları və ekspertlər olub:

“Prezident Bayden Türkiyə ilə həmrəylik göstərmək və lazımi dəstəyi vermək üçün güclü təlimatlar verib. Biz yardımla bağlı Türkiyə hökuməti ilə koordinasiyalı işləyirik. Evlərini itirən insanlar üçün sığınacaqları, çadır və konteynerləri, portativ tualetləri, qidalar, tibbi yardım və s. bütün bu yardımları çatdırmaq üçün Türkiyədəki tərəfdaşlarla işləyirik”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button