Ucarda maarifləndirmə tədbiri keçirilib

Ucar rayonu Qazyan kənd 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox
deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri”, “Ailələrdə
məişət zorakılığı” və “Dini radikalizm” mövzularında maarifləndirici görüş
keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, polis şöbəsinin
əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov
narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına,
əxlaqına mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar
olaraq həyatlarının məhv olmasından danışıb, narkomaniya və psixotrop
maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib.
Daha sonra çıxış edən digər iştirakçılar erkən nikaha qarşı görülən işlərdən
söz açaraq, bu məsələ ilə bağlı həm yeniyetmə və gənclərimizin, həm də onların
valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Erkən yaşda
qurulan nikahlarların yeniyetmələrin sağlamlığına və gələcək həyatlarına olduqca
mənfi təsir göstərdiyini, bunun da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq
hallarının ortaya çıxmasına səbəb olduğunu bildirilib.
Tədbirin sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş
etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Ən fəal iştirak edən
şagirdlər isə Ucar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən müxtəlif
hədiyyələrlə mükafatlandırılıblar.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button