Üçüncü doza vaksin ilk növbədə kimlərə vurulacaq? – Açıqlama

“Üçüncü doza (buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır:

“Ona görə tövsiyə etmişik ki, ilk növbədə 50 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close