Ukrayna ordusu bu qədər ərazisi azad edib

Ukrayna hərbçiləri noyabrda 3850 kvadrat kilometr ərazini azad edib.

Xüsusən də, Rusiya qoşunları Xerson vilayətinin sağ sahilindən qovulub.

Bu barədə “War Mapper” layihəsi məlumat yayıb.

Məlumata görə, hazırda Ukrayna ərazisinin təxminən 16,66%-i Rusiyanın işğalı altındadır və bu, bir ay öncə ilə müqayisədə Ukraynanın ümumi işğal olunmuş ərazisindən 0,64% azdır.

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri hələ də iki minə yaxın şəhər və kəndi işğaldan azad etməlidir. Noyabrın 22-nə olan məlumata görə, Ukrayna hərbçiləri artıq 1886 yaşayış məntəqəsini tərk ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button