Ukrayna Prezidenti Vladimir Zelenski Xersona gedib.
Ukrayna Prezidenti Vladimir Zelenski Xerson regionuna gedib.
Polise.az xəbər verir ki, bu barədə Prezident Zelenski “Twitter” hesabında bildirib.
“Bu gün Xersondayıq. Rusiyanın Kaxovka SES-də törətdiyi terror aktının nəticələrinin aradan qaldırılması ilə bağlı iclas keçirilib. İclasda insanların xilas edilməsi, ekosidlə mübarizə, çoxsaylı humanitar məsələlər müzakirə olunub. Biz onların hamısına cavab verməliyik. Xalqımıza kömək edən hər kəsə minnətdaram! Dünyada rus işğalçılarının cinayətlərini pisləyən hər kəsə təşəkkür edirəm! Rusiya həyata və insanlara qarşı etdiyi hər şeyə görə cavab verməlidir”, – deyə Zelenski paylaşımında bildirib.
Polise.az