Ukrayna Qərb tərəfdaşlarından tələb olunan silahların yalnız 10%-ni alıb

Qərb tərəfdaşları hazırda Rusiya ordusu ilə paritet yaratmaq üçün tələb olunan silahların təxminən 10%-ni Ukraynaya veriblər.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Ukrayna nə qədər səy göstərsə də, ordumuz nə qədər peşəkar olsa da, Qərb tərəfdaşlarının köməyi olmadan biz bu müharibədə qalib gələ bilməyəcəyik… Biz lazım olan silahlardan təxminən 10%-i almışıq”, – deyə Malyar çərşənbə axşamı milli telemarafonun efirində bildirib.

O vurğulayıb ki, Qərb hərbi yardımın göstərilməsini sürətləndirməlidir.

Hamısını Göstər

Related Articles

Back to top button