“Ukraynanın NATO-ya üzvlüyünün alternativi yoxdur”

Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü, fevralın 17-də Münhendə təhlükəsizlik konfransında videobağlantı vasitəsilə danışıb.

APA-nın “Bild”ə istinadla verdiyi xəbərə görə, Ukrayna lideri Qərbi Kiyevə silah və hərbi dəstək verilməsini sürətləndirməyə çağırıb.

Onun sözlərinə görə, “Putinə şans verilməməlidir”, çünki Rusiya prezidenti indi “təcavüz üçün vaxt qazanmağa çalışır”.

Ukrayna lideri qeyd edib ki, ölkənin müdafiəsi yeni müasir tanklarla gücləndirilməlidir, əks halda “Qərbdə bir an da sülh olmayacaq, çünki Kreml Münhenə toplaşan hər kəsin təhlükəsizliyini məhv edə bilər”.

Zelenski həmçinin bəyan edib ki, Ukraynanın Avropa İttifaqına və Şimali Atlantika Alyansına daxil olmasının alternativi yoxdur.

“Ukraynanın Avropa İttifaqına daxil olmasının alternativi yoxdur. Ukraynanın NATO-ya üzvlüyünün alternativi yoxdur Bizim birliyimizin alternativi yoxdur” Zelenski vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button