Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmob keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmob keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, fləşmobun təşkil olunmasında “Turizm Könüllüləri” Təşkilatının üzvləri və ATMU tələbələri iştirak ediblər.

Belə ki, iştirakçılar pankartlarla Ümummilli Lider Heydər Əliyevin şəkli əks olunan görüntünü və “100 il” yazısını nümayiş etdiriblər.

Qeyd edək ki, fləşmob 18-19 fevral tarixlərində “Şahdağ” Turizm Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunmuş həvəskar dağ xizəyi yarışı çərçivəsində keçirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button