ÜST-dən koronavirus peyvəndi olanlara xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Soumya Svaminatsan insanları COVID-19 peyvəndindən sonra virusa qarşı ehtiyatlı olmağa çağırıb.

Bu barədə NTV məlumat yayıb.

Həkimin sözlərinə görə, ABŞ-da və Avropada insanların koronavirus peyvəndi edildikdən sonra yenidən yoluxub-yoluxmamaları barədə kifayət qədər məlumat olmadığından onların yoluxucu olub-olmamalarını da demək çətindir:

“Peyvəndlərlə əlaqədar kifayət qədər məlumat olmadığı üçün immunitet yaranana qədər peyvənd edilənlər də, digərləri kimi, səyahət edərkən karantin tədbirlərinə riayət etməlidirlər”.

ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayan COVID-19 epidemiyasının şiddətli olduğunu və qlobal miqyasda sürətlə yayıldığını qeyd edərək, dünyanın elm və peyvənd sahəsində inkişaf etmiş mərhələdə olduğunu vurğulayıb:

“Şübhəsiz, bu, ən böyük epidemiya deyil. Bu virus çox yoluxucudur, insanları öldürür və bir çox insanı yaxınlarından məhrum edir. Gələcəkdə daha da şiddətli ola biləcək epidemiyaya hazırlaşmalıyıq”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close