ÜST-dən koronavirusla bağlı şad xəbər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreisus koronavirusla bağlı sevindirici açıqlamalar verib.

Bu barədə ÜST rəhbəri “Twitter” hesabında yazıb.

Dünyadakı xəstəlik sayının 5 həftədir ardıcıl azaldığını qeyd edən Qebreisus deyib ki, yeni yoluxulanların sayı 4 yanvarda başlayan həftə ərzində 5 milyondan çox idisə, fevralda həftəlik yoluxma 2,6 milyona düşüb:

“Beş həftədə yoluxma hardasa yarıya enib. İndi vacib olan bu tendensiyaya necə reaksiya göstərəcəyimizdir. Yanğın sönməyib amma ölçüsü azalıb. Hər hansı bir cəbhədə onunla mübarizəni dayandırsaq geri qayıdacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button