ÜST: “Dünyada koronavirusa yoluxma yenidən sürətlənib”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirüs xəstəliyinin yüksək səviyyədə olduğunu açıqlayıb. Belə ki, son yeddi gündə 2 600 313 yeni koronavirus xəstəsi qeydiyyata alınıb.

Bu barədə RT xəbər yayıb.

“Yoluxma halları çox yüksək olaraq qalır. Keçən həftə hər gün orta hesabla 370 mindən çox insan xəstələnib”, – deyə təşkilat rəhbəri bildirib.

Bununla belə, həftə ərzində dünyada koronavirus xəstələrinin ölüm sayında 10 faiz azalma (57 603) qeydə alınıb.

Xatırladaq ki, bir gün əvvəl qonşu Rusiyada koronavirusun “Delta+” ştammının aşkar edildiyi məlum olmuşdu.

Hamısını Göstər

Related Articles

Back to top button