Vətənə “SƏDAQƏT” andına sadiq qalanlar rubrikasından. Sumqayıt Tibb Mərkəzində islahatlar davam edir…

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sistemində

də böyük göstəricilərlə xarakterizə olunan nəticələrin qazanılmasını təmin edib. Aparılan islahatların və tətbiq olunan əsaslı yeniliklərin nəticəsidir ki, hazırda təkcə paytaxt Bakıda deyil, Azərbaycanın regionlardakı ümumi səhiyyə xidmətlərində nəzərəçarpacaq inkişaf dinamikası var. Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də qurumun Avropa Regional Ofisinin müxtəlif xəstəliklər üzrə milli proqramlarının qiymətləndirilməsində Azərbaycan səhiyyəsinin inkişaf dinamikası real göstəricilərlə əksini tapir.

Beləliklə, Azərbaycanda səhiyyə sahəsində aparılan islahatların və yenilikləri ümumi mənada belə xarakterizə etmək olar: Yeni səhiyyə müəssisələrinin tikintisi və tam təmirlər əsasında aparılan yenidənqurma işləri, müasir tibb avadanlıqlarının istifadəyə verilməsi, tibbin bütün sahələrinə dair güclü mütəxəssislərin hazırlanması, yeni idarəetmə modulunun tətbiqi və s. müasir Azərbaycan səhiyyəsinin real vəziyyətidir. Azərbaycanın dövlətçilik tarixində ilk dəfədir ki, səhiyyə sığortalarının kütləvi tətbiqi həyata keçirilir.

Məhz ölkədə aparılan məqsədyönlü səhiyyə islahatları sayəsində “COVID-19” pandemiyası dövründə Azərbaycan bu virusla mübarizə və yoluxan insanların sağalması prosesində böyük nailiyyətlər qazandı və beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli töhfələr sərgilədi. Pandemiyanın ən ağır dövrlərində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana komplekslərinin açılışlarında iştirak etdilər. Bu tədbirlər bir tərəfdən real sağlamlıq təhlükəsinin aradan qaldırılmasını təmin edirdisə, digər tərəfdən də ölkə əhalisində pandemiya ilə mübarizədə inam və ümid hissini yüksəldirdi.

Mövzunun davamı olaraq Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Sumqayıt Tibb Mərkəzinin fəaliyyətindən bəhs etmək niyyətindəyik. Səbəb burdakı yüksək tibbi xidmət şəraiti ilə birbaşa tanışlığımızdır. Məlumat üçün bildirək ki, bu mərkəzin tabeliyində 17 tibb müəssisəsi – 7 Ailə Sağlamlıq Mərkəzi, Perinatal Mərkəz, 5 xəstəxananın tərkibində poliklinika şöbələri, TTYX, TTYS, Vərəm Xəstəxanası, Stomatoloji poliklinika o cümlədən mərkəzləşmiş qaraj, mərkəzləşmiş mətbəx və mərkəzləşmiş aptek fəaliyyət göstərir. Struktura uyğun olaraq bir neçə xidmət sahəsi də formalaşmış (dəstək xidməti, mühafizə xidməti, ictimai əlaqələr) və aktiv şəkildə fəaliyyət göstərirlər. Xəstəxanaların təmiri, xidmət şəraitinin yaxşılaşdırılması, mərkəzin ümumi fəaliyyət dairəsində şəffaflığın qorunması və s. Sumqayıt Tibb Mərkəzinin işində başlıca hədəflər sırasındadır.

Prezident İlham Əliyevin 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncama əsasən 150 çarpayılıq xəstəxana yüksək səviyyədə tikilib, müasir avadanlıqlarla o cümlədən 2 əməliyyat masası, laparaskop dəsti və C-qol, 10 çarpayılıq reanimasiya şöbəsi, tam və müasir avadanlıqlarla təchiz olunmuş oftalmologiya şöbəsi, KT, endoskop dəsti və bir sıra başqa tibbi avadanlıqlarla təchiz edilib. Qısa müddətdə xəstəxanada yeni tibbi avadanlıqlar, o cümlədən Təcili yardım xəstəxanasına 2 ədəd stasionar rentgen cihazı, 1 ədəd qastroskop-kolonoskop cihazı, 2 ədəd kardiomanitor, Uşaq xəstəxanasına 1 ədəd stasionar rentgen cihazı, exo başlıqlı ultrasəs aparatı, elektroensefaloqrafiya (EEQ) aparatı, Perinatal mərkəzə 3 datçikli 1 ədəd ultrasəs aparatı, 1 ədəd laparaskopik əməliyyat dəsti, 1 №-li xəstəxanaya 1 ədəd laparaskopik əməliyyat dəsti,Holmium lazer daşqırma cihazı,2 ədəd holter aparatı, 4 №-li xəstəxanaya 1 ədəd elektromiyoqarfiya (EMQ) cihazı, Təcili yardım stansiyasına defibliyator,şinalar, esmarx kəmərləri və ekq aparatı istifadəyə veriləcəkdir (proses sürətlə aparılır).

 

Dərman təchizatı, tibbi avadanlıqlardan istifadədə sıra növbələrinin ədalətli qaydada qorunması, xəstələrə diaqnozların dəqiqliklə qoyulması, müalicə, müalicə-profilaktika tədbirlərində, mütəxəssislərinin işlə təmin edilməsində şəffaflıq və peşəkarlığa üstünlük verilir. İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar bütün tibb müəssisələrində struktura uyğun olaraq xidmətlər təşkil olunur. Bu xidmətlər və tətbiq olunan yeniliklər əhali tərəfindən rəğbətlə qarşılanır. Bütün bunlar ölkədə aparılan səhiyyə islahatlarının real nəticəsində vacib elementlərdir.

Sumqayıt Tibb Mərkəzi Publik hüquqi şəxsin direktoru Səkinə Sadıxova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi-TƏBİB tərəfindən qarşıya qoyulan vəzifələrin icrasını belə dəyərləndirib: “TƏBİB tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, Sumqayıt Tibb Mərkəzi olaraq tibbi personalın bilik və bacarıqlarının artırılması istiqamətində maraqlıyıq və tərəfimizdən bu sahədə də əməli işlər görülür. Tibb heyətimiz Azərbaycanda təşkil olunan təkmilləşdirmə kurslarında iştirak edir, peşəkarlıqlarını artırırlar. Bununla yanaşı, həkimlərimiz və tibb bacılarımız daim beynəlxalq konfranslara, təlimlərə qoşulur, yeniliklərinöyrənimləsi istiqamətində peşəkarlıqlarını artırmaq üçün səy göstərirlər. Müxtəlif ixtisaslı həkimlərimiz mütəmadi olaraq ölkədən kənarda keçirilən konfranslarda iştirak edir, o cümlədən qardaş Türkiyə, Rusiya və digər ölkələrə işgüzar səfərlər edir, qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Tibbin müxtəlif sahələrində tətbiq olunan yeniliklər barəsində öyrənilir və bu yeniliklərin Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəsisələrində tətbiqi üçün əməli işlər həyata keçirilir.”

Yuxarıda göstərilən faktlar, fikir və mülahizələrə əsasında Sumqayıt Tibb Mərkəzinin fəaliyyətini xarakterizə etmək çətin deyil. Necə deyərlər “xalqın gözü tərəzidir!”. Görünən dağa bələdçi gərək olmaz.

XXX
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafına xüsusi diqqətə və qayğı göstərdiyini və bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyiniəsaslı mühakimələrlə müqayisə edən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova deyib ki, 1970-1980–ci illərdə Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, xalqın genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı sonsuzdur. Dahi şəxsiyyətin bu sahədə fəaliyyəti çoxşahəli olub. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1969–cu ildə Azərbaycan Ali Soveti”Sağlamlıq Məcəlləsi” adlı sənəd qəbul edib. Bu Məcəllə ölkəmizdə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən edib və bu sahədə gələcəyin fəaliyyət proqramı olaraq, səhiyyənin inkişafına əsaslı təkan verib. Əminliklə qeyd etmək istərdim ki, bu sənəd keçmiş SSRİ-nin digər müttəfiq respublikaları üçün də nümunə, örnək oldu.

 

Bir daha təkrar etmək istərdik ki, Azərbaycanda aparılan köklü islahatlar əsasında Bakı şəhəri ilə bərabər regionlarda da səhiyyənin inkişafı üçün mühüm addımlar atılır. Azərbaycan bu sahədə əldə olunan uğurları ilə region dövlətləri arasında liderliyi qoruyur. Dövlət başçısının iştirakı ilə Abşeron, Şəki, Quba, Qobustan, Goranboy, Naftalan və digər rayonlarda istifadəyə verilən yeni xəstəxanalarda yaradılmış yüksək xidmət şəraiti və yeni tibbi avadanlıqların imkanları sözün əsl mənasında heyranedicidir. Digər tərəfdən ölkədə aparılan səhiyyə islahatlarınınçoxşaxəli və çoxsahəli olması əhalinin rifah və yaşayışı üçün kompleks yanaşmadır.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib ki, 2000-2022-ci illər ərzində Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi layihələrin həyata keçirilməsi üçün “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” reallaşdırılıb: “Proqram çərçivəsində Azərbaycanda 58 rayonda 95 tibb müəssisəsinin yenidənqurma və tikinti işləri həyata keçirilib. Həmin layihə xüsusilə əhaliyə ilkin səhiyyə xidmətlərini təqdim edən müəssisələrin yenidənqurma işlərini əhatə edib. TƏBİB tabeliyindəki tibb müəssisələrinin idarə edilməsi, tibbi xidmətlərin təşkili və keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğunlaşdırılması sahəsində görülən işləri təkmilləşdirmək üçün daim əməkdaşlıq etdiyi ölkələrin təcrübəsini öyrənir və tətbiqi imkanlarını araşdırır. Bu məqsədlə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında daha əvvəl görüş keçirərək həmin proqramın səhiyyə sahəsi üzrə planlaşdırılan layihələri müzakirə etmişik. Əməkdaşlıq çərçivəsində görülən işlərin davamı olaraq “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” daxilində həyata keçirilən “Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi” layihəsi yerli əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin yaxşılaşdırılmasının təmin edilməsinə ciddi təkan verəcək”.

Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 15-də Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Bu strateji müəssisə bir tərəfdən dərman təchizatına görə, Azərbaycanın xaricdən asılılığının aradan qaldırılması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən isə əhalinin işlə təmin edilməsi, eləcə də yerli xammalların istehsalaha cəlb olunması üçün atılan mühüm addımlardandır.

Sonda təqdim etdiyimiz faktlarisə deməyə əsas verir ki, Azərbaycanda səhiyyə islahatlarının çoxşaxəliliyi təkcə əhalinin sağlamlığı baxımından deyil, o cümlədən yerüstü təbii sərvətlərdən, zəngin floranın imkanlarından səmərəli istifadə, eləcə də əhlinin rifahı üçün də əhəmiyyətlidir.

Sabir Şahtaxtı,

Yazıçı-publisist 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button