Vardanyan ermənilərin necə başağrısına çevrilir?
Qarabağdakı separatçı cinayətkar rejimin “dövlət naziri” Ruben Vardanyan iddia edir ki, Azərbaycan onun çıxıb getməsi üçün çox ardıcıl şəkildə, addım-addım çaxnaşma yaratmağa və erməni əhaliyə təzyiq göstərməyə çalışır.
“Onlar bunu xüsusi strategiya ilə, “ölkəmizi” hissələrə parçalamaqla, “salyami taktikası” ilə edirlər”, – Vardanyan əlavə edib.
Rusiyanın bölgəyə göndərdiyi emissarı əslində bu açıqlama ilə mühüm etiraflar edib. Vardanyan ilk növbədə Xankəndinə gəlişi ilə Azərbaycana deyil, orada yaşayan erməni əhaliyə problem yaratdığını deyir.
O, “Azərbaycanla birgə yaşamaqdan söhbət gedə bilməz, biz yanaşı yaşaya bilərik”, “biz öz haqlarımızı qorumaq üçün silaha sarılacağıq”, “Azərbaycanın Qarabağda suverenliyini heç vaxt qəbul etməyəcəyik” kimi sərsəm, reallıqla uyğun gəlməyən bəyanatlar verməklə belə çıxılmaz situasiya yaradıb. İndi dönüb arxasına baxır ki, onun Xankəındini tərk etməsi getdikcə zərurətə çevrilir. Bunu Azərbaycan da əlbəttə Vardanyanın Moskvadakı himayədarlarından tələb edir.
Emissarın qorxduğu odur ki, yerli ermənilər artıq Vardanyan onların başına bəla olduğunu dərk etməyə başlayıblar. Onun bədnam missiyasına qədər bölgədə proseslər belə dramatik xarakter almamışdı. İstər Ermənistan rəhbərliyi, istərsə də sülh prosində iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri Qarabağın Azərbaycanın suverenliyinin bir parçası olduğunu etiraf etmişdilər. Amma vəziyyətin nəzarətdən çıxdığını görən Kreml rəsmiləri Vardanyanı ortaya atmaqla “kartları qarşıdrdılar” və nəticə onlar üçün çıxılmaz hala gəldi.
Azərbaycan nə edir, Qrabağdakı erməni əhaliyə, bölgədəki Rusiya hərbçilərinə problem yaradırmı? Bu günə qədər aksiyanın keçirdildiyi əraziyə hansı erməni əsilli vətəndaş yaxınlaşıb ki, onların keçidinə problem yaradılıb?
Cavab mənfidir: Azərbaycanlı aktivistlər yolu bağlamayıblar, sadəcə orada etiraz aksiyası keçirib Qarabağın sərvətlərinin talan edilməsinə, Vardanyanın və digərlərinin cinayətkar davranışlarına, Laçın yolunun hərbi xuntanın qanunsuz silahlı birləşmələri üçün təminat yoluna çevrilməsinə etiraz edirlər. Yol dinc erməni əhali üçün açıqdır, sadəcə onu iki tərəfdən Rusiyalı hərbçilər bağlayıb.
Vardanyan isə dayanmadan təbliğat aparır ki, Azərbaycan Qarabağdakı erməniləri blokadaya alıb. Bunun belə olub-olmadığını yoxlamaq üçün bir qrup sadə erməninin həmin yola yaxınlaşması kifayətdir. Onların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub getdikləri istiqamətə yola salınacaqlar.
Amma Laçın yolu Vardanyan, Arutyunyan və digər seprataçı cinayətkarlar, onların bəslədiyi qanunsuz hərbi birləşmələr üçün əbədi bağlıdır. Şübhə etmirik ki, aksiyalardan sonra da Azərbaycan Laçın yoluna nəzarət üçün müvafiq qurumlarını yerləşdirəcək. Oradan Qarabağa daha heç vaxct silah-sürsat, hərbi ləvazimat, eyni zamanda Azərbaycanın razılıq vermədiyi separatçı hamilərinin keçidinə icazə verilməyəcək. 10 noyabr bəyanatında da yazılıb ki, Laçın yolu humantirar məqsədlər üçün istifadə olunur və Azərbaycan orada hərəkətin təhlükəsizliyinə təminat verir.
Vardanyanın bölgədən gəldiyi yerə göndərilməsi böhranın həlli istiqamətində mühüm addım olacaq. Onu Xankəndinə göndərən rusiyalı “başbilənlər” bu zərurəti nə qədər tez dərk etsələr, proseslər də o qədər pozitiv məcrada davam edər.
Onlardan əvvəl isə yerli ermənilər qərar verməlidirlər: Vardanyan onlara “dövlət” qurmağa, Azərbaycanın erməni əhalisini ağ günə çıxarmağa gəlməyib. Sadəcə ermənilərdən istifadə etməklə Moskvanın bölgədəki çirkin planlarını icra etməyə gəlib. Onlar sadəcə müvəqqəti istifadə üçün vasitədirlər…