Göyçayda narkomaniyanın zərərləri ilə bağlı tədbir keçirilib

Narkomanlığın cəmiyyətdə səbəb olduğu sosial bəlalar, insan sağlamlığına zərərləri ilə bağlı məktəbliləri məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Göyçay rayonunun Potu kənd tam orta məktəbində növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniyanın törətdiyi fəsadlar haqqında danışıb, “ağ ölüm”lə mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Məktəblilərə milli-mənəvi dəyərlərimizə sadiq olmalarını, təhsilə, sağlam həyat tərzinə maraq göstərmələrini tövsiyə edib.

Sonda mövzu ilə əlaqəli şagirdləri maraqlandıran suallar əsasında diskussiya aparılıb.

Hamısını Göstər

Related Articles

Back to top button