Vasif Talıbov Bakıya buna görə gəlib

Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında  Bakıya gəlib. 

Ali Məclis sədrinin Bakıya gəlişinin səbəbi dəqiqləşdirilib. Naxçıvandakı mənbələr bu səfərin V.Talıbovun şəxsi təşəbbüsü ilə baş tutduğunu deyib. Onun sözlərinə görə, “xan” bağışlanılması üçün Bakıya minnətçi düşəcək. 

Mənbə bildirib ki, V.Talıbov özünün və ətrafının uzun illər ərzində qeyri-qanuni yollarla dövlət büdcəsindən oğurladığı həcmi milyardlarla dollarla ölçülən vəsaiti geri qaytarmağa hazırdır. Bunun müqabilində isə özünün və yaxın ətrafının təhlükəsizliyinə təminat istəyir. 

Naxçıvandakı məlumatlı şəxs V.Talıbovun “fırtına” səngiyəndən sonra vəzifədən könüllü getməyə hazır olduğunu da bildirib. 

Hamısını Göstər

Related Articles

Back to top button