Vaşinqtonda erməni təxribatı -radikalların səfirliyimizə hücumunun qarşısı alınıb

Erməni lobbistlərin rəhbərliyi altında radikal millətçi qrupuna aid 30 nəfərədək şəxs ölkəmizin Vaşinqtondakı səfirliyi qarşısında etiraza gəlib. Bu barədə xəbər tutan 150 nəfərədək soydaşımız bir araya gələrək əks-etiraz aksiyası keçirib.

ABŞ-dakı səfirliyimizdən Musavat.com-a verilən məlumata görə, aksiyada soydaşlarımız vətənpərvərlik nümunəsi göstərmiş, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini pisləmiş, milli birlik nümayiş etdirib və dövlətimizə dəstəklərini ifadə edib.

Niyyətlərinin puça çıxdığını görən erməni radikalları bir sıra təxribatlara və zorakı təhriklərə al atıblar. Soydaşlarımızın sayıqlığı və ABŞ hüquq-mühafizə orqanlarının peşəkar davranışı sayəsində belə təxribatlar və təhriklər nəticəsiz qalıb.

Azərbaycan dövlət himni və milli musiqisi, o cümlədən, əsgər marşı və “Sarı gəlin” kimi ifalar ermənilərin təxribatçı şüarlarını tamamilə susdurub. Heç nəyə nail ola bilməyən, qarşısında özündən qat-qat çoxsaylı Azərbaycan icmasını görən erməni radikalları ölkəmizin Səfirliyinin qarşısındakı ərazini tərk etmiş və öz məğlubiyyətini göstərən paylaşımları sosial şəbəkələrdə göstərməkdən çəkiniblər.

Əks-etiraz aksiyasına müxtəlif ştatlardan Nyu-York, Nyu-Cersi, Şimali Karolina, Massaçusetts, Virciniya, Merilend və s. ştatlardan qoşulan soydaşlarımız səfirliyimizə dəvət olunub. Öz növbəsində, səfir Süleymanov soydaşlarımıza onların vətənpərvərliyinə və Azərbaycan dövlətinə dəstəyə görə minnətdarlığını bildirib. Xatırladaq ki, son zamanlar, ABŞ-nin müxtəlif ştatlarında silsilə etiraz aksiyaları keçirilir. Cari ayın 16-da Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında Azərbaycan icması tərəfindən geniş etiraz aksiyası keçirilib.

Ölkəmizin ABŞ-dakı Səfirliyi bütün soydaşlarımıza öz təşəkkürünü bildirir. Soydaşlarımızı keçirdikləri aksiyalarda yerli qanunlar və COVİD-19 pandemiyası ilə əlaqədar tələblərə riayət etməyə, habelə mümkün təxribat və zorakı təhrikdən yayınmağa çağırırıq.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close