Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un Muğan bürosu xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, E.Əzizov əvvəl Lənkəran rayonu DYP bölməsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay bundan əvvəl Daxili İşlər nazirinin müvafiq əmri ilə Sabirabad rayonu DYP  bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button
Close