Vilayət Eyvazov generalı təqaüdə göndərdi
![](/wp-content/uploads/2020/07/DIN-1-780x470.jpg)
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidmətindən faktı təsdiq ediblər.