Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin edib.

Polis polkovnik-leytenantı Nəvayi Qasımov bu vəzifəyə təyin olunub.

Məlumat üçün bildirək ki, o, daha öncə Gəncə Şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Kəpəz rayon polis idarəsinin keçmiş rəisi polis polkovnik-leytenantı Vüqar Xəlilov bir müddət əvvəl Ağstafa rayonuna təyin olunub.

Açıklama yok.
Hamısını Göstər

Related Articles

Back to top button