Volkov niyə gizlənir?

Volkov niyə gizlənir?

Birincisi, Moskvanın təlimatı bu yöndədir:

– Rusiya məsələni diplomatik kanallarla həll etmək niyyətindədir və istisna deyil ki, bunun üçün Bakıya müəyyən təzyiqlər də edilib, hərçənd, prosesin davam etməsi nəticə əldə etmədiklərini deməyə əsas verir;

– Rusiyanın gözləmə mövqeyi həm də “beynəlxalq ictimaiyyətin” Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır: ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq;

İkincisi, Volkovun (Rusiyanın) hazırda nəsə etmək imkanları məhduddur: sülhməramlıların komandanı aksiya iştirakçılarının qarşısına çıxarsa ya tələbləri icra etməlidir, ya da müdaxilə əmri verməlidir və ruslar indi bunun heç birini edə bilmir.

Bu baxımdan, Volkovun məsələnin həllinə qədər Xocalıda yerləşən qərargahından çıxacağı ehtimalı azdır. O da istisna deyil ki, Rusiya proseslərin sonunda Volkovu geri çağıracaq.

Hamısını Göstər

Related Articles

Back to top button