Volodimir Zelenski orduya yeni baş komandan təyin edib
![](/wp-content/uploads/2024/02/c3dad902-3aaf-3854-86d7-6a1d3ef39747_850-780x470.jpg)
Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.
Polise.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib
“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”, – deyə, o bildirib.
Sırski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib.
Polise.az