Vyanada terror aktı törədən dörd silahlı tutuldu

Avstriya polisi Vyanada terror aktı törədən silahlılardan dördünü saxlayıb. 

Bununla bağlı Avstriya telekanalları məlumat yayıb. 

Bildirilir ki, terrorçular polisin Vyananın mərkəzindəki Qraben küçəsində keçirdiyi əməliyyat zamanı ələ keçib. Daha üç silahlının axtarışı isə davam etdirilir.

Qeyd edək ki, altı məkana eyni anda edilən silahlı hücum zamanı bir nəfər ölüb, 15 nəfər xəsarət alıb. Terrorçulardan biri öldürülüb. 

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button