Vyanada terror: Ölənlərin sayı artdı

Vyana terrorunun qurbanlarının sayı üçə çatıb.

Bu barədə TASS ölkənin Daxili İşlər naziri Karl Nexammerin açıqlamasına istinadən xəbər verir:

“Üç nəfər ölüb, onlar mülki şəxslərdir. Ölən şəxslərdən dördüncüsü cinayətkardır”.

Nexammer qeyd edib ki, Avstriyanın mərkəzində atəş açan şəxsin azı biri İŞİD terror təşkilatının üzvüdür.

O, tüfənglə silahlanıb və kəmərinə bağladığı partlayıcı saxta olub.

09:19

Vyanada terror hücumu nəticəsində yaralananlardan biri də ölüb.

Bu barədə “RİA Novosti” şəhər meri (burqomistr) Mixael Lüdviqin açıqlamasına istinadla xəbər yayır.

Bildirilir ki, ölən şəxs qadındır. Bununla da ölənlərin sayı üç nəfərə çatıb. Qeyd edək ki, ölənlərdən biri terrorçudur.

M.Lüdviqin sözlərinə görə, terrorçulardan azı birinin azadlıqda olması səbəbindən küçədə qalan insanlar evlərinə getməyə qorxur, daldanacaqlarda gizlənirlər. Onlar polislərin köməyilə evlərinə yola salınır.

02:14

Vyanada baş verən terror aktı zamanı 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Bununla bağlı Avsrtiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, xəsarət alanlardan yeddisinin vəziyyəti ağırdır. 

Hadisə nəticəsində bir nəfər ölüb, həmçinin silahlı hücumu törədən terrorçulardan biri öldürülüb.

DİN silahlıların bir neçə nəfəri girov götürməsi ilə bağlı məlumatı təkzib edib.

01:59

Vyana polisi gecə saatlarında törədilən terror aktında şübhəli bilinən şəxslərə qarşı əməliyyat həyata keçirir. 

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

Bundan başqa Avstriya polisi altı müxtəlif məkana silahlı hücum edildiyini təsdiqləyib. 

Eyni zamanda, sosial şəbəkələrdə hücumlar zamanı xəsarət alanların fotoları yayılıb.

01:32

Vyanada terrorçunun küçədəki şəxsi güllələməsi anının görüntüləri yayılıb. 

Bununla bağlı videonu RT “Twitter” hesabında paylaşıb. 

Videoda silahlı terrorçunun küçədə gedən gənc oğlanı güllələməsi əks olunub. 

Terrorçu daha sonra yaxınlıqda olan qadının arxasınca qaçsa da, onu yaxalaya bilməyib. 

Geri qayıdan silahlı əvvəlcə vurduğu gəncin sağ olduğunu görüb və ona daha bir neçə dəfə atəş açıb. 

Həmin görüntüləri təqdim edirik:

01:27

Vyanada baş verən terror aktı zamanı polis öldürülüb. 

Bununla bağlı Avstriya DİN açıqlama verib. 

Qeyd edilib ki, şəhərdə davam edən əməliyyat zamanı silahlılardan biri məhv edilib, biri isə saxlanılıb. 

Terror hücumu zamanı xəsarət alanların olduğu bildirilir.

01:05

Avstriya Daxili İşlər Nazirliyi Vyananın mərkəzində baş verən silahlı hücumun terror aktı olduğunu bildirib. 

REN TV xəbər verir ki, bununla bağlı Avstriya DİN başçısı Karl Nexammer açıqlama verib. 

O bildirib ki, insident zamanı yeddi nəfər ölüb. Naxammer Vyana sakinlərini evlərini tərk etməməyə çağırıb.

00:53

Vyanadakı atışma ilə bağlı yeni məlumat yayılıb.

“RİA Novosti” Avstriya telekanallarına istinadən məlumat verir ki, paytaxtın mərkəzindəki atışma ilə paralel olaraq cinayətkarlar digər rayondakı restoranda müştəriləri girov götürüblər.

00:35

Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən sinaqoq yaxınlığında atışma baş verib.

Bu barədə OE24 məlumat yayıb.

Məlumata görə, atışma bir neçə silahlı şəxslə polis arasında baş verib. Hadisə zamanı yeddi nəfər həlak olub.

“Kronen Zeitung” nəşri isə sinaqoqa hücum edən şəxsin özünü partlatdığını qeyd edib.

Vyana polisi atışma faktını təsdiqləyib və bir neçə nəfərin yaralandığını açıqlayıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close