Vyanada zərərsizləşdirilən terrorçunun kimliyi bilindi
Avstriyanın Vyana şəhərində insanlara atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aradan qaldırılan terrorçulardan birinin 20 yaşlı alban mənşəli şəxs olduğu ortaya çıxıb.
Bu barədə ölkənin “Falter” qəzetinin baş redaktoru Florian Klenk açıqlayıb.
“Terrorçularla bağlı bəzi təfərrüatı öyrəndim. O, 2000-ci il təvəllüdlü Kurtin S.-dir, 20 yaşındadır, Vyanada doğulub böyüyüb, alban mənşəlidir. Valideynləri Şimali Makedoniyadandır və onların islamçılığa qarışdıqları barədə məlumat yoxdur”, – deyə o, “Twitter”də yazıb.
Jurnalistin sözlərinə görə, cinayətkar Suriyaya getmək istəyən 90 avstriyalı islamçıdan biri olduğu üçün daxili kəşfiyyatda tanınıb.
Xatırladaq ki, Vyanada silahlı şəxslərin insanlara hücumu nəticəsində dörd nəfər ölüb, 18 nəfər yaralanıb.