Xaçmazda “Diqqət uşaqlar” adlı tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında
hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Xaçmaz
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayonun Zərifə Əliyeva
adına olan 8 nömrəli tam orta məktəbində hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə
tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis kapitanı Elçin Tağıyev
bildirib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti
təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının
qarşısını almaqdır. O, şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin
əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə
hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan
E.Tağıyev yol ayrıclarında piyada keçidlərindən istifadə etməyin zəruriliyini bildirib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah
olunub.

Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button