“Xalqın çoxu nə partiyamızın adını bilir, nə sədrini tanıyır” – Tahir Kərimli.

“İllərdir mətbuatda “Siyasi partiyalar” haqqında qanunun dəyişməsi üçün təkliflər səsləndirilir. Amma indi hamı deyir ki, mövcud qanun qalmalıdır. Niyə indi belə danışırlar?”

Bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycanda çoxpartiyalı konstitusion mühiti təmin etmək üçün yeni qanuna ehtiyac var: “Qeydə alınmayanlar da daxil olmaqla, 100-dən siyasi partiya var. Amma xalqın çoxu nə partiyamızın adını bilir, nə sədrini tanıyır. Müharibə dövründə yenə də biz partiyalar olaraq yaxşı ki, bəyanatlarla çıxış etdik. Azərbaycanda çoxu bir şəxsin nüfuzu əsasında formalaşmış partiyalar var. Bir çoxları partiya sədri ilə dalaşıb gedib özünə partiya yaradıb. Biz bu gün xalqa partiyamızı göstərməliyik, xalqdan dəstək almalıyıq. Burada bəzi maddələrlə mən də razı deyiləm. Məsələn, partiya yaratmaq üçün ölkədə 20 il yaşamaq tələbi var. Amma yeni qanun layihəsi mütərəqqidir. Biz özümüzü cəmiyyətdə, dövlətdə təqdim etməliyik. Biz müstəqil dövlət kimi qapalı tipli partiyanı qəbul etmişik. Bəzi ölkələrdə açıq tipli partiyalar mövcuddur. Amma bizdə bu sistem deyil axı?! Partiyalar deyir ki, niyə biz MSK-ya hesabat verməliyik?! MSK hakimiyyət qoluna aid deyil. Eyni zamanda Hesablama Palatası rəsmi olaraq hər hansı hakimiyyət qoluna aid deyil”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button