Xankəndidə partlayış: bir erməni yaralandı

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına düşən Xankəndi şəhərində partlayış baş verib.

Partlayış şəhərdəki küçələrdən birində aparılan tikinti meydançasında olub.

Əldəqayırma qaz aparatının partlaması nəticəsində Xocavənd rayon sakini olan və Xankəndidəki tikintidə çalışan 1968-ci il təvəllüdlü şəxs ağır xəsarətlər alıb.

Xəstəxanaya yerləşdirilən erməninin vəziyyəti ağırdır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close