Xankəndidə silah və sursatlar aşkarlanıb
![](/wp-content/uploads/2024/02/4fb4f825-7799-3fc6-93ca-42de245b5835_850-780x470.jpg)
Fevralın 6-da və 7-də Xankəndidə 3 silah götürülüb.
Polise.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, həmçinin 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Polise.az