Xankəndidə TOR Zenit-Raket kompleksi belə məhv edildi
Azərbaycanın silahlı qüvvələri tərəfindən Xankəndidəki qanunsuz erməni silahlı birləşmələrinə aid TOR zenit-raket kompleksi məhv edilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hücumlara məruz qalmır.
Ordumuzun arsenalında mövcud olan yüksək dəqiqliyə malik silahların istifadəsi ilə yalnız qondarma rejimin qanunsuz silahlı birləşmələrinə məxsus hərbi hədəflər sıradan çıxarılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
https://t.me/Teleqrafmedia/5018
Polise.az