Xaricdəki diplomatlarımıza cəbhədəki vəziyyətlə bağlı tapşırıqlar verildi – RƏSMİ

“Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə sentyabrın 27-də videokonfrans vasitəsilə müzakirələr apardıq”.
Bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov məlumat verib.
O bildirib ki, videokonfransda diplomatlarla Ermənistanın növbəti təxribatları barədə müzakirələr aparılıb.
Onun sözlərinə görə, görüşdə diplomatlara müvafiq tapşırıqlar verilib.